Durna balığı

Durna balığı sürü şəklində yaşayan balıqlardandır. Onun uzunluğu 1,5 metr, çəkisi isə 35 kiloqrama qədər böyüyə bilir. Amma əsasən durna balığının 8 kq çəkiyə qədər böyüyən növlərinə rast gəlinir. Durna balığının ölçüsü və rəngi yaşadığı su hövzəsinin mühitinə uyğun olaraq dəyişə bilir.

Durna balığının boz-yaşıl, boz-sarı, tünd boz rəglərinə rast gəlmək olur. Onların hamısının bel hissəsinin rəngi tünd olur. Bəzi durna balıqlarının dərisində isə tünd və ya narıncı rənglərdə ləkələrə rast gəlmək mümkündür. Durna balığı 30 il ömür sürə bilir. Durna balığına Avrasiya və Şimali Amerikanın bütün sularında rast gəlmək mümkündür. Baltik, Azov, Xəzər və s. dənizlərində də durna balığına rast gəlinir.
Davamı →

Dovşan əti

Dovşan demək olar ki, dünyanın bütün ölkələrində yaşaya bilən heyvanlardandır. Onların həyat tərzi çox sadədir. Dovşanlar səhər və axşam yeməyə çıxırlar və ölənə kimi doğulduqları yerdə yaşayırlar. Onlar təhlükə hiss etdikləri zaman yaşayış yerlərini tərk etsələr də, ondan 2 km uzağa getmirlər.

Qarlı qışda isə dovşanlar qar olmayan yerlərdə özlərinə yem axtarırlar. Onlar təmizliyi sevirlər və tüklərini dilləri ilə yalayıb təmizləyirlər. Dovşanlar tullanaraq hərəkət edirlər və otla, tərəvəzlərlə qidalanırlar.

Dovşanın ətindən qida vasitəsi kimi istifadə olunur. Ən yaxşı dovşan əti ömrü bir yaşından yuxarı olmayan dovşanların ətidir.
Davamı →

Dil

Dil ən dadlı delikateslərdəndir. Dil əti dadlı, zərif və qidalandırıcı olur. Dildən həm tək halda, həm də müxtəlif salatlarda istifadə edilir. Dili bişirməzdən əvvəl soyuq suda saxlayıb ona duz və ədviyyatlar əlavə edirlər. Sonra dilin üstündə olan nazik dəri soyulur. Bir-neçə saat belə suda saxlanılan dil bişirilən zaman daha dadlı və yumşaq olur. Dil bütöv və ya doğranmış halda bişirilir.

Tərkibində dil olan salatlar çox dadlı olur. Dil aid olduğu heyvanın növündən və çəkisindən asılı olaraq 200 qramdan 2 kiloqrama qədər ola bilir. Duzlu suda 8-10 saat saxlanılan dil isə şit suda bişirilir. Dil 40-60 dəqiqə ərzində bişir.

Mal dilinin isə bişirilməsi üçün 3 saat vaxt lazımdır. Onun bişməsini isə dilin son hissəsinə bıçaq batıraraq yoxlamaq olur. Həmin hissənin yumşaq olması dilin bişmiş olduğunun göstəricisidir. Orta Asiya ölkələrində heyvanın dilini evin böyüyünə və ya ən hörmətli qonağına təqdim edirlər.
Davamı →

Vetçina nədir?

Əslində vetçina qeyri-adi ərzaq deyil.
Vetçina kolbasa məmulatıdır. Bütün marketlərdə kolbasa, sosiska bölməsində satışda olur. Vetçina təzə məhsul deyil. Onun yüzillərlə yaşı, tarixi var.

Kolbasadan fərqli olaraq o hamar, bütöv ət tikəsindən olur. Ət sümükdən bütöv lay-lay, yağdan ayrılır, marinadda saxlanılır, preslənir. Vetçinanın çiy, bişmiş və hisə verilmiş növü olur.

Vetçina donuz, mal əti, hinduşka və toyuqdan ola bilər. Seçim sizin. Vetçina duzlu olur. Amma bəzən digər ədviyyatlar da qatırlar. Quru və ya yumşaq, şirəli ola bilər.
Davamı →

Toyuq dərisinin zərərləri

Zülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır. Lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.

Toyuğun ən faydalı hissəsi döş əti sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun döş əti müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur. Toyuğun ən ziyanlı hissəsi dəridir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:
Davamı →